...

Şəmkirdə keçirilmiş əmək yarmarkası zamanı 64 nəfər işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 19:23 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkirdə əmək yarmarkası keçirib. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, yarmarkanın yekunları üzrə 64 nəfər işə qəbul edilib. Yarmarkada 21 müəssisə 175 vakant yerlə iştirak edib.

İdarədən bildirilib ki, indiyədək nazirlik ölkənin müxtəlif regionlarında, o cümlədən Naxçıvan MR-də 21 əmək yarmarkası keçirib. Yarmarkalarda 693 müəssisə 7651 iş yeri ilə iştirak edib ki, nəticədə 1432 nəfər işə qəbul olunub, 115 nəfər ictimai işlərə cəlb edilib, 93 nəfər isə hazırlıq kurslarına göndərilib.

Növbəti yarmarka avqustun 23-də Xaçmaz, Lerik və Biləsuvarda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti