...

Heydər Babayevə ərəb maliyyə institutları ilə investisiya konfransı hazırlanması üçün qrant sazişini imzalamaq həvalə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2006 19:22 (UTC +04:00)

İqtisadi inkişaf naziri Heydər Babayevə ərəb maliyyə institutlarının, ərəb ölkələrinin iş adamlarının iştirakı ilə investisiya konfransının təşkili üçün 274 min ABŞ dolları məbləğində qrantın verilməsi haqqında sazişin imzalanması səlahiyyəti verilib.

Ölkənin Nazirlər Kabinetindən Trend ə verilən xəbərə görə, Azərbaycana beynəlxalq konfransın hazırlanması üzrə texniki yardımı İslam İnkişaf Bankı (İİB) verir. Konfransın noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub.

Qrant sazişinin əsli artıq Azərbaycan tərəfindədir. İmzalanmış sənəd İİB-ə göndəriləcək.

Konfransın keçirilməsi üzrə bütün xərclər, əsasən, İslam bankının üzərinə qoyulub, bütün daxili xərcləri isə (nəqliyyat və s.) ölkə höküməti ödəyəcək.

Xəbər lenti

Xəbər lenti