...

Koreya Azərbaycana Əməkdaşlığın İnkişaf Fondunu yaratmağı təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2006 20:37 (UTC +04:00)

Koreya hökuməti Azəbaycana Əməkdaşlığın İnkişaf Fondunu yaratmaq təklifi irəli sürüb. Bu barədə jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin investisiya və beynəlxalq iqtisadi əməkdaşlıq şöbəsinin rəisi Elşən Məmmədzadə məlumat verib.

Fondun büdcəsi əməkdaşlığın təşkilinə, xüsusilə biznes-forumun keçirilməsinə yönəldiləcək.

"Bu təklif hələlik nəzərdən keçirilir. Belə ki, indiyədək bizdə belə əməkdaşlıq fondu olmayıb. Onlar isə bu istiqamətdə təcrübəyə malikdir və digər ölkələrlə bu cür əməkdaşlıq fondları var", - deyə o bildirib.

Koreya enerji layihələrində iştirak etməkdə maraqlıdır. "Onlar da digər inkişaf etmiş ölkələr kimi, özlərinin enerji təhlükəsizliyindən danışır. Biz isə öz tərəfimizdən onların təcrübəyə malik olduqları sahələri (elektronika, maşınqayırma, telekommunikasiya və s.) inkişaf etdirmək niyyətindəyik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti