...

"Azərdəmiryolbank" ASC-nin Səbayel filialının ünvanı dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2006 19:41 (UTC +04:00)

"Azərdəmiryolbank" ASC-nin Səbayel filialının ünvanı dəyişib. Hazırda bankın filialı Bakının mərkəzində C.Hacıbəyli, küçəsi 45 (keçmiş Fabritsius küç.) ünvanında yerləşir. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Filial bütün spektrdə bank xidmətləri, o cümlədən əmanətlərin qəbulu və kreditlərin verilməsi, pul köçürmələri, kommunal xidmətlərin ödənilməsi və başqa xidmətlər göstərir.

Qeyd edək ki, hazırda "Azərdəmiryolbank"-ın 21 filialı və 4 bölməsi var. Onlardan 8 filial və 3 şöbə paytaxtda yerləşir.

Xəbər lenti

Xəbər lenti