...

Balakən və Xanlar rayonlarında əmək yarmarkaları zamanı 93 nəfər işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2006 19:01 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Balakən və Zaqatala rayonlarında əmək yarmarkası keçirib. Nazirliyin Baş məşğulluq idarəsindən Trend ə verilən xəbərə görə, yarmarkanın yekunlarına görə Balakəndə 48 nəfər işlə təmin olunub. 6 nəfər ödənilən ictimai işlərə cəlb olunub. Ümumilikdə yarmarkada 161 vakant yerlə 23 müəssisə iştirak edib.

Xanlarda işə qəbul olunanların sayı 45 nəfər olub. 10 nəfər hazırlıq kurslarına göndərilib. Burada 30 müəssisə 245 vakant yer təqdim edib.

İdarədən bildirilib ki, indiyədək nazirlik ölkənin müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında 41 əmək yarmarkası keçirib. Yarmarkalarda 13 759 iş yeri ilə 1211 müəssisə iştirak edib, nəticədə 2999 nəfər işə qəbul olunub, 190 nəfər ödənilən ictimai işlərə cəlb olunub, 164 nəfər hazırlıq kurslarına göndərilib.

Növbəti əmək yarmarkaları sentyabrın 8-də Astara, Tovuz və Zərdabda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti