Azərbaycan Milli Bankının idarə heyətinin qərarı ilə Azərbaycan İpoteka Fondunun (AİF) yenidən maliyyəlşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart tələblərə təklif edilən əlavə və dəyişikliklər təsdiq olunub.
AİF-in məlumatına istinadən Trend xəbər verir ki, təkliflər ötən 5 ay ərzində ipoteka kreditləşməsinin təhlilinin yekununa əsasən işlənib hazırlanıb (fond kreditlərin verilməsinə 2006-cı il martın 1-dən başlayıb).
İpoteka kreditləşməsi sistemə edilən dəyişiklər və əlavələr sisteminin sadələşməsinə və təkmilləşməsinə xidmət edəcək.
Bundan başqa, AİF vasitəsi ilə ipoteka kreditilərinin verilməsi qaydalarının təkmilləşdirilməsi və sadələşdirilməsi üzrə təkliflər paketinin müvafiq hökumət orqanlarına təqdim olunması ilə bağlı qərar qəbul olunub. Bu dəyişikliklər əhalinin bu növ maliyyə xidmətindən istifadə imkanlarının genişlənməsinə xidmət edəcək, - deyə məlumatda bildirilir. Dəyişikliklər ipoteka kreditləşməsi sistemindən kənarda qalan məsələlərlə bağlıdır (ümumi şərtlər, qüvvədə olan qanunvericilik, qeydiyyat proseduraları, sənədlərin tərtib olunması və s.).
Bu dəyişikliklərə əsasən, gəlirlərin hesablanması və öhdəliklərlə bağlı məhdudiyyətlər yaradan əmsallar aradan qaldırılacaq, girovun qiymətləndirlməsi prosesi sadələşdiriləcək, tələb olunan sənədlərin sayı və həcmi azaldılacaq, eləcə də ipoteka bazarının infrastrukturu (ipoteka agentləri, brokerlər və xidmətlər) genişlənəcək.