Azərbaycan Sahibkarları Milli Konfederasiyası ölkənin işgüzar şəxslərinin beynəlxalq sərgilərdə iştirakını təşkil etməkdə davam edir. Trend in ASMK-ın məlumatına istinadən xəbər verdiyi kimi, sentyabrın 19-24-də Bursada "BURTARIM 2006" beynəlxalq sərgi (TUYAP) və "Bursanın süd sənayesi" adlı II sərgi keçiriləcək.
Sərgilərdə ticari əlaqələrin, o cümlədən kənd təsərrüfatı və süd sənayesi sahəsində müasir istehsal texnologiyalarının genişləndirilməsi nəzərdə tutulur.
Sərgilər çərçivəsində bir sıra proqramların təşkili planlaşdırılıb.
ASMK bu sərgilərdə 20 nəfərlik nümayəndə heyətinin iştirakını təşkil edir.