...

Rusiyada saya oturmuş "Füzuli" gəmisi çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2006 15:02 (UTC +04:00)

Eyskdə (Rusiya) saya oturmuş Azərbaycana məxsus "Füzuli" gəmisi saydan çıxarılıb. Trend in xəbər verdiyi kimi, sentyabrın 6-da gəmi Eysk dəniz limanından xarici reydə çıxarkən küləyin təsiri ilə kanalın sol kənarına sıxılıb və ondan 15 m aralıda - dayazlıqda dayanıb. Düyü kəpəyi ilə yüklənmiş gəmi İsrailə yola düşməli idi.

"Füzuli" gəmisi 5,5 dəniz mili sürəti ilə limandan çıxıb. 23 nəfərlik ekipaj üzvü zərər çəkməyib. Gəmidə 42 ton dizel yanacağı var. Neft məhsullarının axması baş verməyib. Bu gün gəmi reysə çıxacaq.

Xəbər lenti

Xəbər lenti