...

Azərbaycan MDB İqtisadiyyat Şurasının işində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2006 13:21 (UTC +04:00)

Nazirlər Kabinetinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti MDB İqtisadiyyat Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib.

İclasın gündəliyinə Birliyin iştirakçı-dövlətlərinin iqtisadi inteqrasiyası üzrə 10 məsələ daxil edilib. Görüş, əsasən, bir sıra birgə layihələrin maliyyələşdirilməsinə dair problemlərə və büdcə məsələlərinə həsr olunacaq.

Həmçinin, MDB hökumət başçıları şurasının MDB orqanlarının vahid büdcəsindən maliyyələşən Birlik orqanlarının vahid əmək ödənişi sisteminə keçidi barədə 25 may 2006-cı il tarixli qərarının yerinə yetirilməsi müzakirə olunacaq.

Görüşdə 2007-ci il üçün Birlik ölkələrinin büdcə vəsaitləri hesabına maliyyələşən MBD orqanlarının vahid büdcə layihəsi nəzərdən keçiriləcək.

MDB İqtisadiyyat Şurasının iclası Tacikistanın iqtisadiyyat və ticarət naziri Hakim Soliyevin sədrliyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti