...

Dövlət mülkiyyətinin özəlləşdirilməsi və idarə olunması prosesinin təkmilləşdirilməsi üzrə layihə Nazirlər Kabinetinə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2006 15:24 (UTC +04:00)

Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi Azərbaycan prezidentinin 23 avqust 2006-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin və dövlət müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" sərəncamı çərçivəsində tədbirləri davam etdirir. Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, artıq normativ-hüquqi aktların layihələri razılaşdırılmaq üçün Nazirlər Kabinetinə və müvafiq nazirliklərə təqdim olunub.

Onlar arasında özəlləşdirilən və ya idarəçiliyə verilən müəssisələrə investisiya yatırımına nəzarətin həyata keçirilməsi qaydalarına dair, dövlət müəssisələrinin özəlləşdirmədən öncə sağlamlaşdırılması və restrukturizasiyası üzrə, səhmdar cəmiyyətlərdə dövlət payının idarəçiliyə verilməsi ilə bağlı müsabiqələrin keçirilməsi üzrə müddəaların layihələri var.

Bu sənədlər dövlət əmlakından səmərəli istifadəni, dövlət müəssisələrinin özəlləşdirmədən öncə sağlamlaşdırılması və restrukturizasiyası üzrə tədbirlərin genişləndirilməsini, dövlət müəssislərinin fəaliyyətinin dəstəklənməsini və bərpasını nəzərdə tutur. İnvestisiya yatırımlarına nəzarət vasitəsi ilə onların həcmini artırmaq, istehsal sahələrinin restrukturizasiyasını həyata keçirmək, ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətli müəssisələrin inkişafı və yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunu yüksəltmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti