Sentyabrın 17-dən 18-nə keçən gecə respublika ərazisində baş vermiş yol qəxzaları nəticəsində 3 nəfər həlak olub, 3 nəfərsə ağır yaralanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Binə qəsəbəsinin sakini Əlirza Mirzəyev "VAZ-21011" markalı avtomobili
idarə edərkən Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Hafiz Rüstəmovu vurub. Həticədə xəsarətlə xəstəxanaya çatdırılıb, H.Rüstəmov orada keçinib.
Qərəməryəm-Balakən yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisində Tola kənd sakini Şirinağa Soltanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən idarə edərkən onu ağaca vurmuşdur. Həticədə Ş.Soltanov hadisə yerində ölüb, sərnişin Ramiz Yusifov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Quba rayonunun Alıc kəndi ərazisində şəhər sakini Kamil Hüseynov "VAZ-2104" markalı avtomaşını idarə edərkən onu aşırıb. Həticədə sərnişin Səttar Hüseynov hadisə yerində ölub, digər sərnişinlər Hazilə və Qələmnaz Baxışovalar isə xəstəxanaya yerləşdirilib.
Qeyd olunan faktlarla əlaqədar cinayət işi başlanıb.