"Müştərilərə Xidmət Keyfiyyətinin Yaxşılaşdırılması" proqramı çərçivəsində sentyabr ayının sonunda "Bank of Baku" yeni "Sumqayıt" filialını açmaqla filialların ümumi sayını 8-ə çatdırıb. Bu barədə Trend "Bank of Baku"nun məlumatına istinadən xəbər verir.
Hazırda bankın filialları ilə yanaşı, 2 "Bank of Baku-Express" xidmət məntəqəsi və Sumqayıt şəhərində1 bölməsi də fəaliyyət göstərir.
Qeyd edək ki, bankın yeni "Sumqayıt" fililalı 6 mkr. Z.Hacıyev 20A (H.Əliyev adında Milli Parkın yanında) ünvanında yerləşir.
Yeni filialda müştərilərə müasir bank standartlarına cavab verən bütün bank xidmətləri göstəriləcək ki, bu da onlara kassa xidməti, kreditlərin verilməsi, depozit əməliyyatları, pul köçürmələri, plastik kartlarla əməliyyatlar və xidmətin digər növləri kimi bank əməliyyatları aparmağa imkan verəcək.
Yeni filialın açılmasının məqsədi bank xidmətlərinin effektivliyinin artırılması, müştəri bazasının genişləndirilməsi, ən əsası isə Sumqayı şəhərində yaşayan müştərilərə rahatlığın təmin olunmasıdır.