...

Azərbaycanda Belarus traktorlarının yığılmasına başlana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2006 11:48 (UTC +04:00)

Oktyabrın 12-dəAzərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçi qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin məlumatında deyilir.

Görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, yaxın perspektivdə sənayenin müxtəlif sahələri üzrə (radioelektronika, xalq istehlakı mallarının istehsalı və s.) sıx əməkdaşlığın yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Bundan başqa, Azərbaycanda Belarus traktorlarının yığılması, yerli sənaye müəssisələrinin bazasında bu traktorlar üçün ehtiyat hissələrinin istehsalı və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti