...

Azərbaycan Vergilər Nazirliyi 28829 obyektdə nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntuları aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2006 18:56 (UTC +04:00)

Vergilər Nazirliyi genişmiqyaslı operativ nəzarət tədbirləri çərçivəsində oktyabrın 13-dək 123 469 obyektdə reydlər keçirib. Trend Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verir ki, bu zaman həmin obyektlərdən 28 829-da qanunvericiliyin pozulması faktları aşkar edilib. Qanun pozuntularına yol vermiş obyektlərə 2609,673 min manat məbləğində inzibati cərimə kəsilib.

Bakıda vergi reydləri əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsinə nəzarət məqsədilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti