...

Beynəlxalq Sığorta Nəzarəti Assosiasiyasının illik konfransında Azərbaycanın bu təşkilata üzvlük məsələsi həll olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 16:54 (UTC +04:00)

Beynəlxalq Sığorta Nəzarəti Assosiasiyasının (BSNA)13-cü illik konfransı oktyabrın 18-21-də Pekində (ÇXR) keçiriləcək. Trend in Azərbaycan Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, konfrans zamanı Azərbaycanın assosiasiyaya üzv olması ilə bağlı rəsmi qərar qəbul olunacaq.

AR-in bu təşkilata daxil olması milli sığorta bazarında BSNA prinsipləri və standartlarına uyğun fəaliyyət göstərən sığorta şirkətlərinin fəaliyyətini qiymətləndirməyə imkan verəcək. Bu, öz növbəsində, onları beynəlxalq sığorta bazarına inteqrasiyasını sürətləndirəcək.

BSNA-nın illik iclaslarında sığorta nəzarəti üçün böyük əhəmiyyət kəsb edən məsələlər geniş müzakirə olunur, bu sahədə beynəlxalq standartları müəyyən edən sənədlər qəbul olunur, gələn il üçün işçi planı təsdiqlənir, eləcə də qeyri-kommersiya təşkilatı olan BSNA-ya yeni üzvlər qəbul olunur.

Xəbər lenti

Xəbər lenti