...

10 ay ərzində AMB-nin valyuta ehtiyatları 66,38% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 18:09 (UTC +04:00)

Azərbaycan Milli Bankının sərəncamında olan ölkənin valyuta ehtiyatları 2006-cı ilin əvvəli ilə müqayisədə 66,38% artaraq, 10 ay ərzində 1,6 mlrd. ABŞ dolları təşkil edib. Bu barədə Trend ə AMB-dən məlumat verilib. İlin əvvəlində valyuta ehtiyatlarının həcmi 961,71 mln. ABŞ dollarına çatırdı.

Yanvar-oktyabr ayları ərzində əsas borc və Beynəlxalq valyuta fondunun kredit faizləri üzrə öhdəliklərin yerinə yetirilməsinə valyuta ehtiyatlarından 34,82 mln. ABŞ dolları ayrılıb. Beləliklə, valyuta ehtiyatlarının nisbi artımı 673 mln. ABŞ dolları və ya 70% təşkil edib.

Xəbər lenti

Xəbər lenti