...

32492 obyektdə kassa aparatlarından istifadədə pozuntular aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2006 16:31 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 138 909 obyektdə vergi reydləri keçirib. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, noyabrın 6-da qanunvericiliyin pozulması faktları 32 492 obyektdə aşkar olunub. Nəticədə həmin obyektlərə 2940,124 min manat həcmində inzibati cərimə kəsilib.

Bakı üzrə vergi reydləri iyulun 24-də başlayıb. Reydlər nəzarət-kassa aparatlarından istifadəyə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət etmək üçün keçirilir.

Xəbər lenti

Xəbər lenti