...

Gələn il 15 min nəfər şəhid ailəsi üzvlərinin əmək pensiyası orta hesabla 21 manat artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2006 18:04 (UTC +04:00)

Gələn il şəhidlərin ailə üzvlərinin əmək pensiyalarının artırılması nəzərdə tutulub. Trend in məlumatına görə, bu barədə Milli Məclisin sosial siyasət komissiyasının iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov açıqlama verib.

O bildirib ki, bunun əsasında 15 min nəfərə yaxın şəhid ailəsi üzvlərinin əmək pensiyasının aylıq məbləği orta hesabla 21 manat artırılacaq. Bu məqsədlə Fondun büdcəsinə 2007-ci ildə orta hesabla 3,8 milyon manat vəsait ayrılacaq.

S.Müslümov deyib ki, hərbi qulluqçuların pensiya təminatı əmək pensiyaları haqqında qanunla tənzimlənəcək, onların məcburi sosial sığortaya cəlb edilməsi və fərdi uçotla əhatə təmin olunması təmin ediləcək. Hərbçilərin əməkhaqlarının məcburi dövlət sosial sığortasına cəlb etmək məqsədilə dövlət büdcəsindən 80 milyon manat, əmək pensiyalarının tam maliyyələşdirilməsi məqsədilə isə bundan əlavə 19 milyon manat transfer, cəmi 99 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Əmək pensiyası hesablanarkən pensiya alan vətəndaşların orta aylıq əməkhaqlarının 3 misli həcmində olan məhdudiyyət aradan qaldırılacaq və pensiya əməkhaqlarının tam məbləğində hesablanacaq. Bu məqsədlə bir il ərzində DSMF-nın büdcəsinə əlavə olaraq 17 milyon manat vəsait yönəldiləcək.

S.Müslümov onu da deyib ki, əmək pensiyası haqqında Qanunda göstərilən "I və II qrup" sözləri götürülür və həmin güzəştlər bütün əlillərə şamil edilir. Əmək pensiyası alanlar sırasına təkcə pensiya yaşına çatmış şəxslər deyil, bu yaşa çatanadək əlil olan şəxslər də daxil edilir.

Xəbər lenti

Xəbər lenti