...

Bank Respublika 15 000-ci plastik kartı buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2006 13:21 (UTC +04:00)

Bank Respublika 15 000-ci plastik kartının buraxılışını qeyd edib. Bu münasibətlə Bankın baş ofisində 15 000-ci kartın sahibinə şəhadətnamə və hədiyyə təqdim olunub. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bank Respublika müştərilərə MasterCard və IISA plastik kartlarını tamamilə pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Bank Respublika-nın kartları ilə həmçinin 5 000 manat, ABŞ dolları və ya avro məbləğinə qədər 35 günədək faizsiz kredit xətti almaq olar.

Bank Respublika kart müştəriləri arasında ənənəvi olaraq uduş kampaniyaları da keçirir. Hazırda Bank "İtaliyaya səyahət" kampaniyasını keçirir. Kampaniyanın əsas mükafatı 4 nəfərə 7 günlük İtaliya səyahətidir. 15 əlavə mükafat - Apple kompüteri və iPod musiqi pleyerləridir.

Bu kartlar vasitəsi ilə ən azı 20 manat, ABŞ dolları və ya avro məbləğində həyata keçirilən hər bir əməliyyat avtomatik olaraq mükafat qazanmaq üçün 1 şans kimi qeydiyyatdan keçir. Kampaniyanın qalibləri bu il dekabr ayının 22-də keçiriləcək lotereya nəticəsində müəyyən olunacaqlar.

Xəbər lenti

Xəbər lenti