...

Azərdəmiryolbank adlı istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2006 13:15 (UTC +04:00)

15 noyabr 2006-cı ildən Azərdəmiryolbank ASC-nin faizli adlı sənədsiz isteqrazlarının yerləşdirilməsinə başlanır. Bakı Birja Fonduna istinadən Trend xəbər verir ki, emissiyanın həcmi $4 milyondur. Bir istiqrazın nominal dəyəri $1000, istiqraz üzrə gəlirlilik 14%, dövriyyə müddəti 365 gündür.

Emissiya prospektinə əsasən, yerləşdirmə birja fondunda açıq imzalama üsulu ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsi üzrə anderrayt rolunda "ADB Broker" MMC çıxış edəcək.

İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Birja Fondu" QSC-nin üzvü və broker lisenziyası olan təşkilata müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti