...

Vergilər Nazirliyi 34 min obyektdə kassa aparatlarının istifadəsi ilə bağlı pozuntu aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2006 18:00 (UTC +04:00)

Operativ vergi nəzarəti ilə bağlı geniş miqyaslı tədbirlərin noyabrın 15-nə olan vəziyyətinə görə, Vergilər Nazirliyi 144 683 obyektdə vergi reydləri keçirib. Trend Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin press-relizinə istinadən xəbər verir ki, qanunvericiliyin pozulması faktları 33 899 obyektdə aşkar edilib. Nəticədə qanun pozuntularına yol vermiş obyektlərə 3 065 502 AZN məbləğində inzibati cərimə kəsilib.

Bakıdakı vergi reydləri nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş çeklərinin alıcılara təqdim edilməsi, yəni əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı keçirilir.

Xəbər lenti

Xəbər lenti