...

Bakıda Belarus traktorları və avtomobillərinin birgə quraşdırma istehsalının təşkili ilə bağlı məsələlər müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2006 11:37 (UTC +04:00)

Noyabrın 21-24-də Belarusun sənaye nazirinin müavini Valentin Qurinoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend ə Belarus Respublikası səfirliyinin ikinci müşaviri Kirill Kamışev məlumat verib.

Səfər zamanı sənaye nazirinin müavini Azərbaycanda "Belarus" markalı traktorların və avtomobillərin birgə quraşdırma istehsalının təşkili ilə bağlı məsələni müzakirə etmək niyyətindədir. Səfər çərçivəsində nümayəndə heyəti ölkənin bir sıra sənaye obyektlərinə baş çəkəcək və onların fəaliyyəti ilə tanış olacaq. Bundan başqa, nümayəndə heyətinin Gəncə avtomobil zavoduna da baş çəkəcəyi planlaşdırılır.

Diplomat qeyd edib ki, Valentin Qurinoviç Azərbaycanın baş naziri Artur Rəsizadə ilə də görüşmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti