Bakıda kassa aparatlarından istifadə üzrə 34789 pozuntu aşkar olunub
Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində Bakının 148 298 obyektində vergi reydləri aparıb. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, noyabrın 22-nə olan məlumata görə, qanunvericiliyin pozulması halları 34789 obyektdə aşkar olunub. Nəticədə bu obyektlərə 3139,851 min manat məbləğində cərimə kəsilib.
24 iyuldan etibarən paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablamalarının həyata keçirilməsi qaydalarına riayət olunmasına nəzarət üzrə vergi reydləri keçirilir.