...

AMB ADRA Credit təşkilatının lisenziyasını ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 13:46 (UTC +04:00)

Azərbaycan Milli Bankı idarə heyətinin qərarı ilə ADRA Credit qeyri-bank kredit təşkilatına bank fəaliyyəti həyata keçirmək üçün verilmiş xüsusi icazə ləğv olunub. Trend in AMB-nin məlumatına istinadən xəbər verdiyi kimi, lisenziya onun təsisçisi ADRA International təşkilatının müraciəti əsasında ləğv edilib.

Qeyri-bank kredit təşkilatına lisenziya 10 dekabr 2003-cü ildə verilib.

AMB-nin məlumatına görə, respublikada beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilən 15 kredit təşkilatı (ADRA Credit nəzərə alınmadan) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti