...

"Akkord" Şirkətlər Qrupu "İlin ən yaxşı şirkəti" milli mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2006 19:40 (UTC +04:00)

10-dan artıq məhdud məsuliyyətli cəmiyyəti tərkibində birləşdirən "Akkord" Şirkətlər Qrupu Consulting & Business jurnalının təsis etdiyi Biznes Sahəsində "ilin şirkəti" Milli Mükafatına layiq görülüb. Bu barədə Trend ə "Akkord" Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.

Şirkət 3 nominasiya üzrə - ilin sənaye-tikinti Qrupu; ilin sənaye tikintisi və ilin developmenti (mülki tikinti) mükafatlarına layiq görülüb.

Biznes sahəsində 3 adda Milli Mükafata layiq görülməyimiz şirkətimizin qısa müddətdə inkişafının ən ümdə göstəricisidir. "Akkord" Şirkətlər Qrupu 2006-cı ildə "ilin şirkəti" milli mükafatına layiq görülən bütün şirkətləri təbrik edir və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır" - şirkətlər qrupunun press-relizində qeyd olunur.

Xəbər lenti

Xəbər lenti