Azərdəmiryolbank ASC vasitəsilə əhali tərəfindən həyata keçirilmiş pərakəndə ödənişlərin dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2006-cı ilin 10 ayı ərzində 2 dəfə artıb. Bu barədə Trend Azərdəmiryolbank ASC-nin məlumatına istinadən xəbər verir.
Oktyabrda bank vasitəsilə həyata keçirilmiş müxtəlif kommunal və digər istehlak ödənişlərinin həcmi 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. Ödənişlərin dövriyyə artımı bankın 26 filial və şöbələrində göstərilən xidmətlərin operativliyi və yüksək keyfiyyəti sayəsində mümkün olub.
2006-cı ilin yanvar-oktyabr aylarında kommunal ödənişlərin bir hissəsi (46%) Azərcell mobil rabitə operatoru müştərilərinin payına düşüb. Hesabat dövründə elektrik enerjisindən istifadəyə görə ödənişlərin həcmi 4,6 dəfə, qaza görə 8,9 dəfə, Bakcell mobil rabitə operatorunun xidmətlərinə görə isə 6 dəfə artıb.