...

Zaminbank nizamnamə kapitalını 3 mln. AZN artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 16:01 (UTC +04:00)

Qiymətli kağızlar üzrə dövlət komitəsi "Zaminbank" ASC-nin sadə adsız sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib. Trend Bakı fond birjasının məlumatına istinadən xəbər verir ki, emissiyanın həcmi 3 mln. AZN təşkil edir. Hər bir səhmin nominal qiyməti 200 AZN həcmində müəyyənləşdirilib.

Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında açıq iltizam üsulu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda "Tekhnika Capital Management Limited" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti