...

Bank Respublika Sumqayıtda yeni filial açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 16:28 (UTC +04:00)

Bank Respublika müştərilərə xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə Sumqayıtda yeni filialını açdı. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Filial əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Bu xidmətlər sırasında hesablaşma-kassa xidmətlərini, müxtəlif istehlak, ipoteka və biznes kreditlərini, depozitləri, plastik kartları, təcili pul köçürmələrini və sair xidmətləri qeyd etmək olar.

Hazırda Bank Respublika Bakı, Gəncə, Sumqayıt, Quba, Xaçmaz, Lənkəran, Yevlax və Bərdə şəhərlərində 12 filial və 3 şöbəyə malikdir. Bank Respublika ölkənin müxtəlif bölgələrində filial və şöbələrdən ibarət xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti