...

AİB-in Azərbaycana yardım strategiyasının təsdiqlənməsi vaxtı dəyişdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 19:47 (UTC +04:00)

Asiya İnkişaf Bankı tərəfindən 2007-09-cu illər üçün nəzərdə tutulmuş Azərbaycana yeni üç illik yardım strategiyasının təsdiqlənməsi vaxtı təxirə salına bilər. AİB Bakı nümayəndəlyindən Trend ə verilən mulmatda bildirilir ki, hazırda bu strategiyailə bağlı heç bir irəliləyiş yoxdur. Əvvəlcə AİB-nın Direktorlar Şurasında strategiyanın baxılması 2007-ci ilin yanvar-fevral ayları üçün planlaşdırılmışdı.

Strategiyanın qəbulu ilə bağlı ləngimə AİB tərəfindən Azərbaycanda layihələrin maliyyələşdirilməsinin yeni multitranş mexanizminin (Multitranche Financing Facility) daxil edilməsi ilə bağlıdır. Hələki bu maliyyələşmə üsulu Azərbaycan hökuməti tərəfindən nəqliyyat sektoruna şamil edilib və bu sahə üçün ümumi maliyyələşmə həcmi 500 mln. dollar səviyyəsində müəyyən edilib.

Strategiya çərçivəsində əməkdaşlıq üçün üstünlük verilən istiqamətlər nəqliyyat sahəsi ilə yanaşı (əsasən yolların bərpası), energetika (alternativ elektrik enerjisi mənbələri, qaz, təmiz su ehtiyatları), su təchizatı və kanalizasiya sahələridir.

Yol layihələrilə bağlı maliyyələşmənin bu mexanizminin oprobasiyasından sonra bu, əməkdaşlığın başqa sahələrinə də aid edilə bilər. Bu nəticələrdən asılı olacaq.

Bu məsələlər dəqiqləşdirildikdən sonra strategiya üzərində işə yenidən başlanacaq, lakin AİB nümayəndəliyində bankın Direktorlar Şurası tərəfindən strategiyaya baxılmasının yeni tarixi barədə bir söz deyə bilməyiblər.

1999-cu ildən etibarən AİB ölkəyə 104 mln. dollar kredit təqdim edib. Hazırkı strategiya ilə bağlı bank 187,5 mln. dollar ayırmağı planlaşdırmışdı.

Xəbər lenti

Xəbər lenti