...

Nazir: Azərbaycan hökuməti 2007-ci ildə regionlarda sahibkarlığın inkişafı üçün ayrılacaq vəsaitin həcmini artırmaq niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2006 15:19 (UTC +04:00)

Azərbaycan hökuməti gələn il regionlarda sahibkarlığın inkişafı üçün ölkə büdcəsindən ayrılacaq vəsaitin həcmini hələ artırmaq niyyətində deyil. Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə bildirib.

O bildirib: "Bizdə bir qədər narahatıq ki, ardıcıl şəkildə vəsaitin artırılması maliyyə sisteminə mənfi təsir göstərə bilər və ona görə də gələn il büdcədən ayrılacaq vəsaitlərin həcminin bu ilki həcmə uyğun olması barədə qərar çıxarmışıq, yəni 80 mln. manat, bunun da 6 mln. manatı Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulub.

H.Babayev istisna etməyib ki, makroiqtisadi göstəricilərlə tanışlıqdan sonra bu qərara yenidən baxılması mümkündür. O qeyd edib ki, o zaman nazirlik ayrılan vəsaitlərin həcminin artırılması barədə təşəbbüslə çıxış edə bilər.

Xəbər lenti

Xəbər lenti