...

2006-cı ilin sonunadək Azərbaycan hökuməti ölkəyə mal idxalına qoyulmuş gömrük rüsumu və vergilərin ödənilməsindən azad etmək məsələsinə baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 19:39 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) hökümətin "Dövlət büdcəsi-2007 barədə" qanunun qüvvəyə minməsindən sonra ölkəyə mal idxalına qoyulmuş gömrük rüsumu və vergilərin ödənilməsindən azad edilməsi məsələsinə baxacağına ümid edir.

DGK-nin sədri Aydın Əliyevin Trend ə verdiyi xəbərə görə, ƏDV-dən azad etmək barədə Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya baxılacaq, ancaq siyahının ixtisar olunub-olunmayacağı məlum deyil.

"Adətən güzəştlərlə bağlı məsələ yeni ilə qədər, büdcənin təsdiq olunmasınadək nəzərdən keçirilir, amma bu o demək deyil ki, onlarda dəyişiklik olunacaq" -deyə, A Əliyev qeyd edib.

Onun sözlərinə görə, bu gün idxalın ümumi çəkisində azad etmənin xüsusi çəkisi 60%-dir. 2005-ci ildə isə 72-73% səviyyəsində olub.

"Azad etmələr azad ticarət zonas ilə əlaqədardır. Əgər Rusiyanı götürsək, onda onun idxalda payı rayonda 20% təşkil edir, həmçinin ölkələr var ki, - Ukrayna, Qazaxıstan, Gürcüstan və s. - onlarla ticarət əməliyyatları azad etmələrə düşür" - deyə DGK-nin rəhbəri qeyd edib. İkinci məsələ neft konsorsiumları ilə bağlıdır və hazırda əlvan metal yataqları ilə bağlı məsələ qaldırılır. Azad etmək barədə təkliflə Amerika RV İnvestment çıxış edib. Bu şirkətlə Azərbaycan hökuməti qızıl yataqlarının işlənməsi barədə müqavilə imzalayıb. Əsas azad etmələr neft müqavilələri çərçivəsində aparılıb. Onların likvidliyi üçün gömrük orqanları bir dəfə də hökümətə müraciət etməyiblər. Gömrükçülərin fikrincə, "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının irimiqyaslı işlənməsi layihəsinin ilk fazası bitdiyindən onları vergi qoymağa cəlb etməyin vaxtı gəlib çatıb. Artıq Azərbaycan nefti dünya bazarına çıxır, layihənin gerçəkləşməsi üçün investisiyalar qoyulub, ona görə də neft müqaviləsi çərçivəsində işə düşmüş malların xüsusi çəkisi zəruri olaraq idxalın ümumi həcmində ixtisara düşür.

Azərbaycan mallarının və xidmətlərinin ənənəvi satış bazarının MDB ölkələri olaraq qalması faktını nəzərə alaraq, ölkə azad iqtisadi zona yaradılması çərçivəsində müqavilələrin bağlanmasına getməli oldu və və bu müqavilələrə görə ölkələr gömrük rüsumları ödəməkdən azaddırlar. Analoji güzəştlər müvafiq olaraq Əməkdaşlıq ölkələrindən idxal olunan mallara da tətbiq olunur. Qrantlar, BM-də iştirak və s. hesabına aparılan malların da ödəmələrdən azadlıq hüququ var.

Dünya praktikasına görə, əgər üç il ərzində gömrük tarifindəki güzəştlər özünü doğrultmursa, onların tətbiqi dayandırılır.

Xəbər lenti

Xəbər lenti