...

Azərbaycanın Dövlət Komitəsi 2006-cı ildə özəlləşdirilən müəssisələrdə gözlənilən investisiya həcmini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 18:46 (UTC +04:00)

2006-cı ildə dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi investisiya müsabiqəsi nəticəsində maşınqayırma, rabitə, tikinti materialları istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və s. sahələrdə 15 səhmdar cəmiyyətin aksiyalarını özəlləşdirib. Trend in verdiyi xəbərə görə, bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılmış press-relizində deyilir.

İnvestisiya müsabiqəsi sayəsində "Oğuz-çaxır", "Siyəzən-çaxır", "Salyan-plastik kütlənin emalı", "Xanlar-aqropom", "Bakı-teleqraf", "Sumqayıt-sənaye istehsalı", "Gəncə sənaye avadanlığı", "Azərbaycan" mehmanxanası, "Mingəçevir izolit" və s. özəlləşdirilib.

Müsabiqənin qalibləri özlərinə müəssisələrdə istehsal prosesinin inkişaf və bərpasını, yeni texnologiyaların tətbiqini, məhsul istehsalı və müasir standartlara uyğun xidmətlər göstərilməsini öhdəlik götürüblər. Bu tədbirlərin yerinə yetirilməsi üçün 454 mln dollardan çox investisiya qoyulması gözlənilir ki, bu, bu ilə qədər investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşu 49%-i aşır. 2006-cı ildə nəzərdə tutulmuş investisiyalardan 16 mln.dollardan yuxarısı artıq qoyulub.

İnvestisiya müsabiqələri vasitəsilə, bu il özəlləşdirilmiş müəssisələrin 75%-i ölkənin müxtəlif bölgələrinə yerləşdirilib ki, bu da onların sosial-iqtisadi inkişafına kömək edir və bölgələrə investisiya yönəlməsi üçün şərait yaradacaq.

Hesabat dövründə investisiya öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 6 SC-ə mülkiyət hüququ verilib, onların sırasında "Sumqayıt məişət kimyası", "Qəbələ Sənaye istehsalı", "Şəki ipək", "Qaradağ rezin qarışığı" və s. var. məlumatda həmçinin deyilir ki, özəlləşdirilmiş müəssisələr üzrə investorlarla razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi monitorinqi davam edir.

Xəbər lenti

Xəbər lenti