...

Azərsu SC suyun tarifinin dəyişməsini müsbət qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2007 13:13 (UTC +04:00)

Azərsu Səhmdar Cəmiyyəti (SC) suyun tarifinin dəyişməsini müsbət qiymətləndirir. Bu barədə Trend ə bazar ertəsi SC-dən məlumat verilib.

"Biz suyun və kanalizasiya xidmətlərinin qiymətinin qalxmasının istehlakçıların hər hansı narazaçılığına səbəb olacağını gözləmirik, belə ki, köhnə və yeni tariflər arasında böyük fərq yoxdur", - deyə SC-dən bildirilib.

Ötən həftə Azərbaycanın Tarif (qiymət) Şurası kommunal xidmətləri, o cümlədən su və kanalizasiya xidmətləri üçün yeni tariflərin tətbiq edilməsi haqqında qərar qəbul edib.

Şuranın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Əli Bayramlı və bütün Abşeron yarımadasının əhalisi üçün 1 kubmetr suyun dəyəri 0,18 manat, qalan istehlakçılar üçün 0,70 manat təşkil edib. Azərbaycan digər bölgələrinin əhalisi 0,14 manat, digər istehlakçılar - 0,70 manat ödəyəcək. Əgər su xammal qismində istifadə olunursa, 1 kubmetrə görə 12 manat ödəniləcək.

Qiymətin qalxması həmçinin Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Əli Bayramlı və bütün Abşeron yarımadasının əhalisi üçün kanalizasiya xidmətlərinə də toxunub. Belə ki, 1 kubmetr çirkab su üçün əhali 0,04 manat, digər istehlakçılar - 0,20 manat ödəyəcəklər. Azərbaycanın digər bölgələrində əhali 1 kubmetrə görə 0,03 manat, digər istehlakçılar - 0,20 manat ödəyəcək.

Xəbər lenti

Xəbər lenti