...

Azərbaycanda çörək istehsalı biznesinin gəlirliliyi təhlükə altındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2007 19:13 (UTC +04:00)

Azərbaycanda enerji daşıyıcılarının qiymətinin qalxması üzündən çörək istehsalı biznesinin gəlirliliyi təhlükə altındadır. Trend in verdiyi xəbərə görə, bu barədə, cümə axşamı mətbuat konfransında hasilat sənayesində şəffaflıq üzrə QHT koalsiyasının üzvü Nəriman Ağayev xəbər verib.

Onun sözlərinə görə, enerji daşıyıcılarıfnıqn qiymətləri və kommunal tariflər qaldırılanadək bir kisə undan gələn gəlir 6 manat təşkil edib, indi isə çörək məhsulları satışından kassaya daha az vəsait gəlir.

"Psixoloji nöqteyi nəzərdən ölkədə çörəyin qiymətinin qalxması qeyri-realdır, lakin bu istehsalın sərfəsizliyi üzündən çörək istehsalçılarının öz fəaliyyətlərini dayandırmaq və ya fəaliyyət sahəsini dəyişmək təhlükəsi var"-deyə N. Ağayev qeyd edib.

Bu yaxınlarda Tarif Şurası tərfindən qiymətlərin qaldırılmasından sonra çörəyin qiymətinin 0,2 manatdan 0,3 manatadək qaldırılması faktına rast gəlinib, lakin gün ərzində belə hallar aradan qaldırılıb və qiymətlər yenidən stabil olub.

Azərbaycanda Biznes təşkilatının (15 biznes strukturu özündə birləşdirir) rəhbəri Sevgim Rəhimov hesab edir ki, ölkədə qiymətlərin süni qaldırılması müşahidə olunur və dövlət yenidən inzibati yollarla artımı aradan qaldıracaq.

Ölkədəki ticarət qaydalarına əməl olunmasını təmin etmək lazımdır, belə ki, anbardakı malların 70-80%-inin heç bir sənədi yoxdur. Malların qiymət kağızlarının olmaması problemi də var.

Xəbər lenti

Xəbər lenti