...

Bakıda ilk Xəzər neft ticarət-nəqliyyat konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 14:09 (UTC +04:00)

2007-ci il aprelin 23-24-də Bakıda enerji daşıyıcılarının tədarük və nəqli məsələlərinə, Xəzər bölgəsi ölkələrinin şirkətləri ilə maraqlanan Avropa, ABŞ və MDB şirkətlərinin əməkdaşlığının genişləndirilməsinə həsr olunmuş ilk Xəzər neft ticarət-nəqliyyat konfransı keçiriləcək.

Trend xəbər verir ki, o, Britaniyanın Confidence Energy Ltd. şirkəti tərəfindən Azərbaycan Dövlət Neft Akademiyası ilə birgə həyata keçiriləcək.

Konfransın tematikası Xəzər bölgəsinin neft-qaz bazarlarının vəziyyəti və perspektivləri, Xəzərdə nəqliyyat infrastrukturunun inkişafı, Xəzər bölgəsində boru kəmərlərinin inkişafının strategiya və perspektivləri, ixracın səmərəliliyinin və neft və neft məhsulları alverinin artırılması olacaq.

Konfransın ilk sessiyası makroiqtisadiyyat və ticarət axınlarına, Xəzər nefti və bölgədə istehsal olunan neft məhsulları üçün əsas bazarlara, Xəzər bölgəsi ölkələrinin (Qazaxıstan, Azərbaycan, Rusiya, İran, Türkmənistan) və qonşu ölkə/istiqamətlər - Gürcüstan, Türkiyə, İraq, Ukrayna və Aralıq dənizi hövzəsi ölkələrinin daxili bazarlarının xüsusiyyəti və istehlak həcmləri, bölgədən neft və neft məhsulları üzrə ticarət axınlarının təhlilinə həsr olunacaq.

İkinci sessiya - Xəzər bölgəsində boru kəməri nəqliyyatı, onun vəziyyəti və inkişaf perspektivləri, Xəzər neftinin nəqli üzrə layihələrin reallaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində BP şirkətinin təcrübəsi, Bakı-Ceyhan boru kəməri üzrə neft ixracının xüsusiyyətləri, Bakı-Supsa və Bakı-Novorossiysk marşrutlarının istismar xüsusiyyətləri, Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tədarükləri, KCTS sisteminin yaradılması, XBK sisteminin istismarı və inkişaf perspektivləri, "Tengiz" yatağından neft ixracı marşrutu, Bosfor boğazından keçməklə Rusiya neftinin ixracı üçün boru kəməri istiqamətlərinin inkişafı, Türkiyə ərazisində neft kəmərlərinin tikilməsinin və istismarının xüsusiyyətləri, yeni marşrutların tikinti layihələridir.

Üçüncü sessiya - Xəzər bölgəsində dəniz nəqliyyatının inkişafıdır. Bu zaman aşağıdakılar müzakirə olunacaq: Aktau limanı əsas Xəzər neft limanlarından biri kimi, Xəzər dəniz nəqliyyat donanmasının inkişaf strategiyası, Xəzərdə neft və neft məhsullarının nəqli üzrə xidmətlər bazarı, Xəzərdə iri tonnajlı donanmanın yaradılması və istismarı perspektivləri, Azərbaycan terminallarından neft yüklərin yüklənib boşalma xüsusiyyətləri, Azərbaycanda neft və neft məhsullarının yüklənib boşalma komplekslərinin inkişafı, İrana neft və neft məhsulları tədarükü, marşrutlar və perspektivlər, Maxaçqala neft və neft məhsullarının yüklənib boşalması üçün Xəzərdə Rusiyanın əsas limanı kimi, Gürcüstanın Qara dəniz limanlarından neft və neft məhsullarının yüklənib boşalması, Xəzərdən neft ixracı zamanı toplayıcı-tankerlərdən istifadənin xüsusiyyətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə dəmir yolu tranzit daşımaları.

Dördüncü sessiya - Xəzər bölgəsində neft alverinə, Azərbaycan neftinin Qara dəniz limanları və Ceyhana qədər ixracının müqayisəli təhlili, Ceyhan Xəzər bölgəsindən neft tədarükünün yeni istiqaməti kimi, XBK, dəmir yolu və ya BTC ilə Tengiz neftinin ixracının müqayisəli təhlili, Aralıq dənizi bazarında Xəzərin neft növlərinin xammalın digər növləri ilə rəqabəti, CIF bazarına çıxış perspektivləri, Xəzər neftinin İrana birbaşa və dolayısı ilə tədarükünün səmərəliliyinin təhlili, İranın enerji daşıyıcıları bazarının inkişafı, Rusiya neftinin Xəzərdən ixracının xüsusiyyətləri və nəqliyyat xərclərinin azalmasına həsr olunacaq.

Beşinci sessiya - neft məhsullarının ixrac və ticarətinin səmərəliliyinin yüksəldilməsi, Gürcüstan neft məhsullarının əsas idxalçılarından biri kimi, Xəzər bölgəsindən neft və neft məhsulları tədarükünün qiymətinin yaranması məsələləri, Türkmənistana birja ticarətinin xüsusiyyətləri, Qazaxıstandan neft məhsullarının ixracı, istiqamət və perspektivlər, Azərbaycan bazarının neft məhsullarına olan tələbatı, respublikanın enerji obyektlərinin mazutdan qaza keçirilməsi, bölgədə NEZ-in əsas neft məhsulu tədarükçüsü kimi inkişafı, avtomobil yanacağının keyfiyyətinin yüksəldilməsi və onun Avropa standartlarına çatdırılması, Türkiyənin neft məhsulları bazarı, Xəzər neftinin Türkiyə istehlakçıları tərəfindən idxalı, Aralıq dənizi bazarı Xəzər bölgəsinin neft məhsulları üçün əsas ixrac istiqaməti kimi və s. məsələlərə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti