...

"Azərsu" SC 2006-cı ildə sudan istifadəyə görə ödənişlərin yığılma səviyyəsini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 14:57 (UTC +04:00)

2006-cı ilin dekabr ayında istifadə olunan suya görə abunəçilər tərəfindən ödəmələrin səviyyəsi 82,4% təşkil edib, o cümlədən proqnozun icrası ilə bağı əhali üzrə 51,1%, müəssisə və təşkilatlar üzrə - 120,4% təşkil edib. Bu barədə Trend ə "Azərsu" SC mətbuat xidməti başçısı Aqşin Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, ilin nəticələrinə görə abunəçilərin ödəmələrinin yığım səviyyəsi 63,1%, o cümlədən əhali üzrə - 39,4%, təşkilat və müəssislər üzrə - 93,1% təşkil edib.

Bu dövr ərzində quraşdırılmış su sayğaclarının sayı 141477, o cümlədən əhali üçün - 137679, büdcə təşkilatları üçün - 854, digər təşkilatlar üçün - 2944 ədəd təşkil edib.

Ümumilikdə, 2007-ci il yanvarın 1-i üçün "Azərsu" tərəfindən 196150 su sayğacı quraşdırılıb, bunun 182497 ədədi əhalinin payına düşüb.

Xəbər lenti

Xəbər lenti