...

Bu gün Bakıda saxlanmış təyyarə reysi Tbilisiyə yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 19:03 (UTC +04:00)

Bu gün sərnişinlərdən birində qaz silahının aşkar olunması səbəbindən saxlanmış Bakı-Tbilisi aviareysi Tbilisiyə yola düşüb. Bu barədə Trend ə AZAL Dövlət konsernindən məlumat verilib.

Reys saxlandıqdan sonra Bakı-Tbilisi reysi ilə uçan TU-134 təyyarəsinin bütün 65 sərnişini yenidən yoxlanılıb. Təyyarə dərhal yola düşə bilməyib, çünki Tbilisi aeroportunda Bakıdan təyyarə qəbulu üçün "pəncərə" olmayıb.

"H.Əliyev adına" Bakı beynəlxalq aeroportunda gürcü milliyyətindən olan Rusiya vətəndaşı saxlanıb. Onun əlindəki yükdə qaz tapançası, sandıqça və onun üçün ehtiyat qaz balonları aşkar olunub. Saxlanılan şəxs 1974-cü il təvəllüdlü Rusiya vətəndaşı Roxvadze İmeda Daviyeviçdir.

O, Bakıya dünən axşam Moskvadan gəlib və tranzitlə Tbilisiyə yola düşməli idi.

AZAL nümayəndəsinin sözlərinə görə, bu sərnişin Moskvanın Domodedovo aeroportundan gəlib və bu aeroportun təhlükəsizlik xidmətinin onu nə üçün saxlamadığı aydın deyil.

Xəbər lenti

Xəbər lenti