Bank Respublika müştərilərə xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə Bakı şəhəri, Hüseynbala Əliyev küçəsi 24 ünvanında "Memar Əcəmi" şöbəsini açıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Şöbə əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Bu xidmətlər sırasında hesablaşma-kassa xidmətlərini, depozitləri, MasterCard və IISA plastik kartları, Western Union, Contact, Migom, Travelex, PrivatMoney, Bıstraya poçta sistemləri üzrə təcili pul köçürmələrini və sair xidmətləri qeyd etmək olar.
Hazırda Bank Respublika-nın Bakı, Gəncə, Sumqayıt, Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə və Şəmkir şəhərlərində 12 filialı və 6 şöbəsi, həmçinin müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 mövcuddur. Bank Respublika ölkənin müxtəlif regionlarında filial və şöbələrdən ibarət xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır.