...

Yerli sahibkarlar Vergi Məcəlləsindəki düzəlişlərlə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 14:58 (UTC +04:00)

Trend in məlumatına əsasən, bu gün Azərbaycanın Milli Sahibkarlar Konfederasiyasında (AMSK)yerli sahibkarları Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələrlə tanış etmək üçün seminar keçirilib.AMSK-nin rəhbəri Ələkbər Məmmədov iş adamlarının vergi qanunvericiliyindəki düzəlişlərlə tanış olmasının vacibliyini nəzərə alaraq belə tədbirlərin əhəmiyyətini qeyd edib.

"Mühasib hesabı" jurnalının redaktorunun sözlərinə görə, Vergi Məcəlləsinə 63 dəyişiklik və əlavələr edilib. Onlar əsasən dörd istiqamətdədir - qanunvericiliyin sadəlşdirilməsi, vergiödəyicilərinin vergi yükünü azaltmaq, vergi nəzarətininin gücləndiriləmsi və redaksiya xarakterli dəyişikliklər.

Dəyişikliklər nəzarət-kassa aparatlarının, daha dəqiq onların düzgün olmayan istifadəsi üçün Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarının ciddiləşdirilməsi qaydalarına yönəlib (əvvəllər bu Vətəndaşlıq Məcəlləsi ilə tənzim olunurdu).Həmçinin əhali ilə nəğd olmayan hesablara nəzarət tədbirləri təkmilləşdirilib.

Yenilik ondan ibarətdir ki, yaşayış tikintisi ilə məşğul olan şirkətlər sadəlşdirilmiş vergiyə keçirilib. Yaşayış evlərinin yerləşməsindən asılı olaraq bu yaxınlarda Nazirlər Kabinetində təsdiq olunacaq koeffisentlər sistemi yaradılacaq. Nazirlər Kabineti mənzil üçün kirayə haqqının minimal ölçüsünü təsdiq edəcək.

Tədbirin gedihində Vergilər Nazirliyinin nümayəndələri - Vüsal Şıxəliyev, Etibar Abbasov sahibkarları maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti