...

Naxçıvan MR-də yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2007 11:54 (UTC +04:00)

Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə bildiriblər ki, 2006-cı ildə NMR-də nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 7505,2 min ton yük və 43549,6 min sərnişin daşınıb. 2005-ci illə müqayisədə yük daşımalarında artım 6,6%, sərnişin daşımalarında 5,2% təşkil edib.

Göstərilən xidmətlərdən 24743,8 min manat gəlir götürülüb ki, bu da 2005-ci ildə əldə edilmiş gəlirdən 8,1% çoxdur. Yük daşımalarının 99,6%-i (7472,4 min ton), sərnşin daşımalarının 95%-i (41356,4 min) və ümumi əldə edilmiş gəlirin 70,3%-i özəl sektor müəssisələrinin payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2006-cı ildə Azərbaycan nəqliyyat sektoru vasitəsilə 145,1 mln. ton müxtəlif növ yük daşınıb ki, bu da 2005-ci il göstəricisindən 13% çoxdur. Ümumi daşınan yük həcminin 58,9%-i özəl sektorun payına düşüb.

Xəbər lenti

Xəbər lenti