...

Dövlət Azərbaycan sahibkarlığının inkişafı üçün maliyyə dəstəyini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 15:22 (UTC +04:00)

2007-ci ildə Azərbaycan hökuməti sahibkarlığın inkişafı üçün dövlətin maliyyə dəstəyini gücləndirmək niyyətindədir. Sahibkarlığa yardım milli fondunun vəsaitlərindən yeni istifadə qaydalarının təsdiqi onların güzəştli kreditlərdən daha səmərəli istifadə etməsi üçün imkanları genişləndirəcək.

Trend İqtisadi İnkişaf Nazirliyinin (İİN) məlumatına istinadən xəbər verir ki, bu məqsədlər üçün 2007-ci ilin dövlət büdcəsindən 80 mln. manat ayrılıb, bunun 74 mln. manatı sahibkarlıq subyektlərinin investisiya layihələrinin SYMF vasitəsilə maliyyələşdirilməsi üçün nəzərdə tutulub, 6 mln. manat isə NMR sahibkarlarının inkişafına yönəldiləcək.

Yeni qaydalara əsasən, bir sahibkarın payına düşən kreditin həcmi 1 mln. ABŞ dollarından 3 mln. manata qədər artırılıb. Kreditlərin istifadə olunma istiqamətindən asılı olaraq, Müşahidə şurasının qərarına görə kreditin verilmə müddəti artırıla bilər.

2006-cı ilin yekunlarına görə, Milli fond vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün 90,1 mln. manat həcmində güzəştli kredit verilib. Kredit ehtiyatları müsabiqə komissiyasında seçilmiş 33 səlahiyyətli kredit təşkilatı (27 bank, bir qeyri-bank kredit təşkilatı və beş kredit ittifaqı) vasitəsilə paylaşdırılır. Kreditlərin ümumi məbləğindən 15,9 mln. manat əvvəl verilmiş borcların ödənilməsi hesabına təqdim olunub.

Milli fonddan ayrılmış kreditləri 59 şəhər və rayonlarda 1771 sahibkarlıq subyekti alıb. Maliyyələşdirilmiş layihələrin 86%-dən çoxu bölgələrin payına düşür və 87%-i istehsalat və emal sahəsini əhatə ediblər. Güzəştli kreditlər sənaye məhsulunun istehsalı, kənd təsərrüfatı mallarının istehsalı və emalı, turizm infrastrukturunun, xidmət sahələrinin inkişafı və s. üçün verilib. Bu il maliyyələşdirilmiş layihələr hesabına 17 mindən çox yeni iş yerlərinin açılacağı gözlənilir.

2006- cı il üçün dövlət büdcəsindən SYMF -ə 74 mln. manat ayrılıb, 6 mln. manat isə NMR-dəki sahibkarların maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Ötən il sahibkarlığın inkişafına ayrılan büdcə vəsaitlərinin həcmi əvvəlki ilin həcmindən iki dəfə (80 mln. manat) çoxdur.

Xəbər lenti

Xəbər lenti