...

Sığorta şirkətləri AMB - dən ipoteka kreditlərinin verilməsində həyatın sığortalanmasının tətbiq edilməsini xahiş edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/ Sığorta şirkətləri Azərbaycan Milli Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu vasitəsilə ipoteka kreditlərinin verilməsindəki dəyişikliklər və standart tələblərdən narahatdır. MBASK sığorta şirkətinin baş direktoru Cəmil Məlikovun məlumatına əsasən, ipoteka kreditinin alınmasında məcburi olan maliyyə xidmətlərindən borc alanın həyatının sığortalanmasının çıxarılması gələcəkdə sosial problemlərin yaranmasına səbəb ola bilər. Problemlər vəsaitlərin daha uzunmüddətli - 15-25 illik müddətə verilm ə si halında yaranacaq.

Onun sözlərinə görə, banklar da həmçinin borc alandan həyatının sığortalanmasını tələb etmir.

AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov hesab edir ki, ipoteka kreditlərinin verilməsinə dair məcburi tələblərin siyahısının qısaldılması bürokratizmin endirilməsi üçün lazım idi.

"Bütün bu xərclərə əsasən, kreditlər çox baha başa gəlir, buna görə də ipoteka kreditləri cəlediciliyini itirə bilər. Biz maraqlar balansını axtarırıq və əsas məqsəd real effektiv faizin azaldılması olub. Buna görə də bəzi xidmət növlərinə xərcləri azaltmışıq, lakin əhali könüllülük əsasında həyatın sığortalanması polisini əldə edə bilər", deyə E. Rüstəmov bildirib.

O, güman edir ki, mənzilə görə risklərin sığortalanmasına tələblərin saxlanılması ilə əlaqədar sığota təşkilatlarının ipoteka kreditlərinin yüksəlməsinə əsasən böyük bazarı olacaq. Digər tərəfdən bu yaxınlarda sığorta institutu - ipoteka kreditlərinə zəmanətin verilməsi Fondunun yaranması ilə əlaqədar ipoteka kreditləşməsinin mexanizmi təkmilləşdiriləcək.

E. Rüstəmov bu məsələyə müəyyən vaxtdan sonra risklərin meydana gəlməsi halında qayıtmaq mümkünlüyünü istisna etmir. "Hazırda adaptasiya prosesi gedir və davamlı olaraq monitorinqlər aparılır", deyə AMB rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti