...

Yeni Milk-Pro süd məhsulları zavodunun yeri müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 18:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Yeni süd məhsulları zavodunun tikintisi Hövsanda planlaşdırılıb. Bu barədə "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) SC-nin icraçı direktoru Anar Axundov məlumat verib. Bu layihə AİŞ, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ölkədə süd məhsulları istehsalçısı olan Milk-Pro MMC ilə birgə həyata keçirilir. Bu layihənin həyata keçirilməsi nəticəsində strategiyada nəzərdə tutulduğu kimi, Milk-Pro Qafqazda süd məhsulları emal edən ən iri müəssisəyə çevriləcək.

AYİB-in layihədə iştirakı 10-20% həcmində təşkil edəcək. AİŞ və AYİB 2007-ci ilin birinci kvartalının sonuna qədər Bakıda yeni Milk-Pro zavodunun tikilməsi layihəsini maliyyləşdirilməsi və Göyçayda süd məhsulları zavodunun yenidənqurulması barədə qərara gəlib.

Layihədə ümumi investisiya 10,5 milyon dollar məbləğində qiymətləndirilir, bu məbləğin bir hissəsi Milk-Pro-da səhmdar iştirak üçün qoyulacaq, digər hissə isə Avropa Bankının krediti hesabına təmin olunacaq.

Vəsaitlər qismən Göyçayda fəaliyyət göstərən süd məhsulları zavodunun yenidən qurulmasına istiqamətləndiriləcək.

Bu layihənin maliyyələşdirilməsi imkanı haqqında AİŞ və Milk-Pro arasında keçən ilin sonunda imzalanmış memoranduma əsasən, AİŞ-in Milk-Pro-nun nizamnamə kapitalında iştirak payı minimum 20% təşkil edəcək. İnvestisiya şirkətinin Milk-Pro-ya kapital qoyuluşu haqda yekun qərar AİŞ-in Nəzarətçilər Şurasında, AYİB-də isə birinci kvartal ərzində keçiriləcək direktorlar şurasında qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti