...

Azərbaycanın Ağstafa rayonunda Mineral Sular Zavodu istifadəyə veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yaxın üç ay ərzinə Ağstafa rayonunda yeni tikilən Mineral Sular Zavodu istifadəyə veriləcək. Bu barədə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Cümşüd Musayev məlumat verib.

İcra başçısı bildirib ki, rayonda həmçinin Azərbaycanda çox əhəmiyyətli hesab edilən zənginləşdirilmiş vitaminli alkanol müəssisəsi inşa olunur. Alkanol zavodunun tikinti işlərinin çox hissəsi yekunlaşıb və gələn il tam başa çatdırılacaq. C.Musayevin sözlərinə görə, hazırda zavodda texniki avadanlıqların quraşdırılması işləri gedir. Bu müəssisənin istifadəyə verilməsi ilə 450 nəfər üçün iş yeri açılacaq.

C.Musayev onu da deyib ki, Ağstafa rayonunda bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzillik yaşayış binasının tikintisi başa çatdırılacaq: "Həmçinin məktəb tikintisi ilə bağlı geniş proqram qəbul olunub. Ağstafa şəhərində 480 şagird üçün 1 saylı yeni məktəb binasının inşasına başlanacaq. Soyuqbulaq kəndində 100 şagird üçün nəzərdə tutulan yeni məktəb tikiləcək, Ağstafa şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunacaq, musiqi məktəbi isə yeni bina ilə təmin ediləcək".

Xəbər lenti

Xəbər lenti