...

Bərdədə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bu gün kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Bərdədə müşavirə keçirib. Müşavirədə Bərdə rayon İcra Hakimiyətinin başçısı İlham Ağayev, 9 rayon icra hakimiyyəti başçılarının müavinləri və bələdiyyə rəhbərləri iştirak edib.

İclası giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətnin başçısı İ.Ağayev bildirib ki, Bərdədə 907 min hektar torpaq sahəsi var ki, bunun da 557min hektarı əkin - biçin üçün yararlıdır. 2006-cı ildə Bərdədə pambıq istehsalı 52%, taxıl istehsalı isə 67% təşkil edib. Müşavirənin əsas məqsədi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sakinlərə və sahibkarlara dövlət tərəfindən müəyyən köməkliklər etməkdir. Bu köməkliklər isə əsasən texnikada istifadə olunan yanacaq və motor yağları və kübrələrdən ibarətdir. A.Aslanov onu da bildirdi ki, 52 rayonda "Aqrolizinq" SC fəaliyyət göstərir ki, o, əkin - biçinlə məşğul olan sakinlərə kömək göstərir. Dövlət tərəfindən azot gübrəsi verilib, bu da hər hektara 300 kq nəzərdə tutulub, qiyməti isə 26 manat təşkil edir. "Aqrolizinq" SC kənd təsərrüfatı üçün lazım olan hər növ texnikanın gətirildiyini deyib.

Xəbər lenti

Xəbər lenti