...

Naxçıvanda "quş qripi" ilə mubarizə tədbirləri müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbayacanın Kənd Təsərrüafatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti bu ayın sonuna qədər Naxçıvanda regional kollegiya iclası keçirməyi planlaşdırır. Bu barədə məlumatı Dövlət Baytarlıq Xidmətindən veriblər.

Xidmətin rəisi İsmayıl Həsənovun rəhbərliyi ilə keçiriləcək kollegiya iclasının əsas məqsədi 2006-cı ilin yekunlarını və 2007-ci ildə görüləcək tədbirləri müzakirə etməkdən ibarətdir.

Sonuncu belə tədbir martın 6-da 20 qərb rayonundan olan baytar həkimlərinin iştirakı ilə Bərdə də keçirilib. Baytarlıq xidmətindən verilən məlumata görə, artıq bütün regional məntəqələr "quş qripi" ilə mübarizə üçün lazımı dezinfeksiyaedici vəsait və dərmanlarla təchiz olunub.

Əhaliyə ev quşlarını qapalı şəraitdə saxlamaq və çöl quşları ilə təmasda olmamaq məsləhət görülür. Çöl quşlarının ovuna və istiafadəsinə olan qadağa isə qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti