Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Agrolizing ASC kimyəvi maddələrin alınması üçün tender elan edib. Bu barədə məlumatı müəssisədən veriblər.
Tender 4 min ton ammonyak selitrası və 600 ton nitroammofosk alınması üçün elan olunub. Tenderdə maraqlı olanlar mart ayının 27-dən gec olmayaraq təkliflərini təqdim etməlidirlər. Martın 28-də isə təkliflər zərfinin açılışı olacaq. Tenderdə iştirak haqqı 6500 manat olaraq müəyyənləşdirilib.