...

Martın sonuna kimi PALMALI şirkətinin daha bir yük gəmisi suya buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Rusiyanın "Krasnoe Sormovo" (Hijni Hovqorod) gəmiqayırma zavodunda mart ayının sonunda PALMALI şirkətlər qrupunun sifarişi ilə RSD17 layihəli 4-cü yük gəmisi suya buraxılacaq.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, gəminin dedveyti (yükgötürmə) 6 350 ton, uzunluğu 121,7 metr, eni 16,5 metr, göyərtənin hündürlüyü 6,2 metr, suya oturması isə 5,06 metrdir. Yük gəmisi Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfinə adlandırılıb.

PALMALI şirkləti Aralıq, Qara və Xəzər dənizləri hövzəsində yükdaşıma üzrə ixtisaslaşır. Bundan əlavə, şirkət Rusiyanın daxili limanlarında daşınmalar üzrə liderdir. Şirkətin donanması 120 şəxsi və icarəyə götürülmüş gəmidən ibarətdir.

PALMALI əsasən neft məhsulları, xam neft, məişət və sənayedə istifadə olunan məhsulların daşınması üzrə ixtisaslaşıb. Bundan əlavə, şirkətin quru yüklərinin daşınması üzrə donanması da var ki, bu yolla hər növ yükün daşınmsası həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti