...

Tokioda bu gün Middle East crude neft fyuçersinin qiyməti daha 2% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 18:27 (UTC +04:00)

Tokio əmtəə bazarında (TOCOM) Middle East crude oil neft fyuçersinin qiyməti bu gün artmaqda davam edib. RBK .-nın məlumatına görə, martın 28-də TOCOM-un əmtəə sessiyasında may ayında fyuçersin hesablanan rəsmi qiyməti daha 2 % artıb və kilolitrə 46.450 (+0,880) min yapon iyenası təşkil edib, bu isə təxminən 62,49 dollar/barelə barabərdir. Middle East crude oil Dubai və Oman-ın yerli neftini təmsil edir və Yaxın Şərq regionunun neft bazarında qiymətli etalon hesab edilir.

TOCOM-da Middle East crude oil-in fyuçersləri 2001-ci ilin sentyabr ayından satılır. Müqavilə hesablanmış göstərilir. Belə ki, fyuçersə görə neftin fiziki tədarükü nəzərdə tutulmayıb. Mövqenin bağlanması təqvim ayının sonlarında dəyişən marj hesabıyla həyata keçiriləcək. Middle East crude oil-in neft qiyməti Platts agentliyi tərəfindən müəyyən edilir. Platts-ın hesablamalarına müvafiq olaraq bu gün elan olunan 27 marta olan vəziyyətə görə, Middle East crude-ın neftinin spot qiyməti kilolitrə görə 60,80 dollar/barel və ya 45,190 min iyen təşkil edib.

Xəbər lenti

Xəbər lenti