...

Beynəlxalq neft bazarında azalma nəticəsində qiymətlərin korreksiyası başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 16:29 (UTC +04:00)

Çərşənbə gününə nisbətən sakit vəziyyətlə müqayisədə beynəlxalq neft bazarında ticarət başlayıb. Saat 12:30-da Nyu-York əmtəə bazarının elektron ticarətində neftin bareli qiymətdə 44 sent itirib və 63,64 dollaradək enib.

Şərhçilər belə hesab edirlər ki, keçən çərşənbə günü ağır ticarət sessiyasından sonra neft treyderlərinə dözüm və səbr qayıdıb. Həmin vaxt İranın Fars körfəzində ABŞ gəmilərinə qarşı raket hücumu həyata keçirməsi məlumatını birjalar aldıqdan sonra neftin qiymətində güclü sıçrayış baş verib.

İTAR-TASS . -ın məlumatına görə, Nyu-Yorkda barelin qiyməti 70 dollaradək qalxıb. Ancaq həmin məlumat təsdiq olunmadıqdan sonra qiymətlər bir az azalıb. Nəticədə London beynəlxalq neft birjasında neftin qiyməti 1,18 dollar, Nyu-Yorkda isə 1,15 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti